news Image
2012.05.10
13:48
| A A A
Prezidentdən homoseksual evliliklərə dəstək

Mövqe.Az BBC-yə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama  homoseksual cütlərin evlənməsinə dəstək verdiyini söyləyib.

Beləliklə, Obama vəzifədə olaraq homoseksual evlilikləri dəstəkləyən ilk Amerika başçısı olub.

Noyabr ayında keçiriləcək  prezident seçkilərində Obamanın rəqibi olan Respublikaçılar Partiyasının namizədi Mitt Romney isə Obamanın bu şərhindən dərhal sonra homoseksual evliliklərə qarşı olduğunu bildirib.

Bu yaxınlarda, Vitse-prezident  Joe Biden və nazir Arne Duncan da homoseksual evliliklərə dəstək verdiklərini açıqlayıblar.

"Gallup"un etdiyi  araşdırmaya görə, Amerika xalqının  50 faizi homseksual evliliyin qanuniləşməsinə dəstək verir.

Obama bu mövzudakı etdiyi şərhinə görə gedərək artan təzyiqlərdən sonra ABC televiziyasında çıxış edib.


Ziba Yusifova

Movqe.az