Əlaqə Arxiv
news Image
2020.01.21
11:15
| A A A
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.  

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Sizin Reklam Yeriniz