Əlaqə Arxiv
news Image
2020.01.21
16:55
| A A A
Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmir

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var ki, çalışır ki, biz onları qeydə ala bilməyək.

Mövqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir: “Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırık ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür bununla onlar hansısa məqsədlərə xidmət edir”.

Sizin Reklam Yeriniz