news Image
2020.01.22
10:38
| A A A
Baş nazirin müavini: “Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm”

Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır.

Mövqe.az xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov Aİ-nın maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir:

"Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".

Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.