Əlaqə Arxiv
news Image
2020.01.22
13:05
| A A A
MSK sədri: “Azərbaycanda xoşagəlməz hal baş verəndə buna təsadüf kimi baxanlar az olur”

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq, bu belədir”.

Mövqe.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

“Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib problemi yoluna qoymaqla aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”, - o qeyd edib. 

Onun sözlərinə görə, seçki prosesi digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq imkanı verir: “Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.

Sizin Reklam Yeriniz