news Image
2020.01.27
08:30
| A A A
Pozucu radikalların boykot “festivalı” yenə ah-zarla bitəcək
Yeni seçiləcək parlament islahatların ruhuna cavab verəcək

Növbədənkənar seçkilərlə bağlı cəmiyyətimizdəki siyasi canlanma davam edir. Namizədlər məlumdur və təbliğat-təşviqat işi sürətlə gedir. Özlərinə inamı olan siyasi fiqurlar və sadə vətəndaşlar seçki marafonunda böyük inamla iştirak edirlər. Amma “boykotçuluğu” özünə peşə edən  radikal müxalifətin səsi çıxmır. Seçkilərdə 20 siyasi partiya işirak edir.

Fevralın 9-u Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi düşəcək. Çünki, biz tamamilə yeni bir performansda deputat kontingenti görəcəyik. Ölkədə gedən islahatlar qarşıya yeni, daha mürəkkəb və təxirəsalınmaz vəzifələr qoyub.  Keçirilən ciddi kadr islahatları fonunda da seçkiyə maraq birdən-birə geniş miqyas alıb. Hökumətin islahatlar siyasəti, aydın görünür ki, xalq kütlələrini hərəkətə gətirib. Çünki, onlar baş verənləri müdafiə edir və ölkəmizin gələcəyinin daha parlaq olacağına inanırlar. Bu səbəbdən öz qüvvəsinə inanıb ölkədə baş verən prosesdə daha yaxından iştirak etmək mistəyənlər deputat olmağa, qanunvericilik aktlarının qəbulunda iştirak etməyə can atırlar. Bu da “iqtidar-xalq” birliyinin xarakterini göstərən baslıca səbəblərdəndir.

Seçkilərin mühümlüyünü şərtləndirən amillərdən biri də müxalifətin bu dəfə geniş tərkibdə tədbirə qoşulmasıdır. Bununla yanaşı hər hansısa ciddi siyasi iş apara bilməyən bir qrup radikal  seçkiləri “boykot” erməklə özlərini prosesdən kənarlaşdırıblar. Onların təmsil etdikləri təşkilatlar çoxdan ölkəmizin inkişafından kənarda qərarlaşıblar və həm inkişafa mane olmaq yolunu tutublar. Çünki, onlar daim cəmiyyətə və hakimiyyətə böhtan atmaqla öz fəaliyyətlərini qurmağa çalışırlar. Siyasi işi siyasi alverə çevirmək, qrant davasında xarici pozucu qüvvələrə xidmət etmək, xaricdən gələn sifarişlərlə fəaliyyət göstərmək bu qüvvələri xalqdan ayırıb və cəmiyyətin ehtiyac duymadığı qrupa çevirib. Bu səbəbdən də onlıar boykot söhbətini ortaya atıblar. Çünki, özlərinin seçicilərin diqqətindən kənarda qalacaqlarını bəri başdan proqnozlaşdırıblar.

Amma bu fonda cəmiyyətimizdə maraqlı gözləntilər yaranıb. Belə ki, radikalların çağırışının əksinə olaraq əsas müxalifət partiyaları seçkiyə qatılmaq qərarı verib və artıq hansı bölgədən hansı namizədlərin deputat mandat uğrunda mübarizə aparacağı məlumdur. Demək, boykot manevri iflasa uğrayıb.

İlk növbədə bu hökm dəqiqdir ki, Prezident İlham Əliyevin uğurla apardığı dəyişikliklər islahatı parlamentin və cəmiyyətimizin həyatında tam mənası ilə əks olunacaq. Hakim Yeni Azərbaycan Partiyasının namizədləri arasında yer almış yeni simalar islahatlar küləyinin gətirdiyi yeni ab-havadır. Razılıqla qeyd etmək olar ki, yeni formalaşacaq parlamentin daha çevik və təkmil işləməsi gözlənilir.

2020-ci ilin seçkilərindən sonra ictimai-siyasi anlamda bir istiqamət də radikalların ictimai həyatdan silinməsi ilə yadda qalacaq. Boykot çağırışlarının iflası, parlament həyatından kənarda qalması və yeni müxalif deputatlar hesabına Milli Məclisdə fəal ictimai-siyasi iş aparmaq funksiyasının genişlənməsi həmişə mürtəce çağırışları ilə fərqlənən radikallardan xalqın diqqətini tamamilə yayındıracaq və qısa zaman kəsiyində onlar bir ictimai bəla kimi gözdən itəcəklər. Bu, Azərbaycanda gedən proseslər sayəsində formalaşmış zamanın tələbidir və onu dəyişmək çətin məsələdir. Bu minvalla yeni ildə cəmiyyətimizin ictimai-siyasi siması daha təmiz və прагматик olacaq.

N.NOVRUZ