Əlaqə Arxiv
news Image
2020.01.28
09:13
| A A A
Supergüclərin geosiyasi mübarizəsində ermənilər xəyanətkar rollarını davam etdirirlər
Onlar indi siyasətlərini də dönüklük üzərində qururlar

Hələ 150-200 il bundan qabaq Rusiyanın Qafqaz siyasətində ermənilərin xəyanətkar rol oynadıqları tarixi məxəzlərdən məlumdur. Qafqazı istila etmək üçün ruslar ermənilərdən istifadə etmək arzusuna düşmüş və ömürləri boyu bu regiondakı hakim xalqların əli altında işləməyə öyrəşmiş ermənilər də dərhal bu addımı atmağa razılaşmışlar. Birinci və İkinci Dünya müharibələri dövründə də bu kütlənin satqın rolu haqda danılmaz faktlar mövcuddur. Zaman-zaman türk kökənli Azərbaycan xalqının tarixi və mədəni irsinin oğurlanması da ruslara yaltaqlanmaq şəraitində baş verib. Müaqsir dövrdə Azərbaycan torpaqlarının işğalı isə erməni dönüklüyünün kulminasiya nöqtəsidir.

Amma, deyir, “sən saydığını say, gör fələk nə sayır”. Ermənilər “dönüklük vərdişlərinə” elə aludə olublar ki, indi siyasətlərini də dönüklük üzərində qururlar. Belə ki, Kreml siyasətinin hesabına əsrlərlə qonşu olduqları Azərbaycan torpaqlarında özlərinə dövlət qurduqdan sonra, son olaraq daha böyük bir ərazini öz əllərinə keçirdiklərini düşünən ermənilər indi də Rusiyaya, hər şey üçün borclu olduqları dövlətə qarşı dönüklük edərək, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb dünyasına sığınmaq istəyir. Yəqin fikirləşirlər ki, daha bəsdir, Rusiyadan uzaqlaşmaqla “müstəqil” olacaqlar, Qərbə sığınmaqla Azərbaycan torpaqlarını işğal etdikləri məsələsi unudulacaq. Bütün bu fikirlər və proqnozlar erməni cəbhəsinə aiddir. Bəs, rus cəbhəsi nə fikirləşir? 

“Sanksiyaların tətbiqi, Rusiya ətrafında dəmir pərdə yaratmaq cəhdi, Qərb mediasında tarixin saxtalaşdırılması və təbliğat - bunlar Vaşinqtonun əsas geosiyasi rəqibinin güclənməsinin qarşısını almaq üçün istifadə etdiyi vasitələrdir. Burada Rusiyanın müxtəlif “müttəfiqləri”nin müxtəlif inteqrasiya layihələrindəki rolunu xüsusilə qeyd etməliyik” deyə, “PolitVesti” nəşri yazır: “Vaşinqtonun həmin mənbələrdən Moskvaya qarşı mübarizə aləti kimi istifadə etdiyini düşünməmək sadəlövhlük olardı”.  Nədir bu mənbə? -Təbii ki, ermənilər!

Daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı mütəxəssis Qriqori Trofimçuk qeyd edir ki, Rusiyanın ekspert cəmiyyətində Ermənistanın indiki rəhbərliyinə inam azalmaqda davam edir: “Bu vəziyyətdə mən hər hansı reytinqdən danışmıram, əksinə, göstərici kimi daha etibarlı olan ekspert dairələrindəki ümumi əhval-ruhiyyədən bəhs edirəm”. Ekspertin fikrincə, əgər Rusiya nöqteyi-nəzərindən Ermənistan rəhbərliyinin imici qısaca xarakterizə edilməli olsa, demək olar ki, bu, səlahiyyətsizlik və uzağı görə bilməməkdir. Hətta bu amil Paşinyanın KTMT-nin işini bir il ərzində əngəllədiyindən də güclü amildir. Çünki, birincisi, bu ölkənin xüsusi xidmətinin əməkdaşları qarşılarında duran məsələlərin həllində acizdirlər, ikimcisi, Vaşinqton Ermənistanın bütün arxivlərinə və məxfi sənədlərinə birbaşa çıxışa malikdir. “Hələ Paşinyanın ABŞ-ın  FTBa müraciət edərək keçmiş prezident Serjin hansısa “gizli” hesablarına köçürülən vəsaitlərin aşkara çıxarılmasını istəməsini demirəm”-deyə, Trofimçuk xatırladır ki, Ermənistan Rusiyanın forpostudur, Amerikanın yox. Ekspert deyir: “Bundan başqa, bu cür hərəkətlər KTMT üzvü olan digər dövlətlərin, o cümlədən Qazaxıstan və Belarusun da mənafeyinə toxunur. 2018-ci ildə Paşinyanın məsuliyətsiz bəyanatlarına görə bu ölkələrin rəhbərlərinin həyacanlanması əbəs yerə deyil. Buna görə də bu il rus-erməni münasibətlərinin sərhədində Ermənistan rəhbərliyinin fəaliyyətində daha çox aydınlıq olmasını gözləyirəm”.

Trofimçukun açıqlaması bir daha mövcud Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətinə dəlalət edir. Aydındır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqton arasında çox sıx və qarşılıqlı əlaqələrin yaranması postsovet məkanının təhlükəsizliyini ciddi şəkildə sarsıdır.
Paşinyanın xarici xüsusi xidmət orqanlarını Ermənistan hökumətinin əsas nüvəsinə daxil olmalarına şərait yaratması bütün Avrasiya blokunun təhlükəsizliyini şübhə altına salır. “Buna əsaslanaraq, demək istəyirəm ki, Ermənistan getdikcə Rusiya və Avrasiya İttifaqı, KTMT-nin altına qoyulan və tədricən işə düşən bombaya bənzəyir” deyə, Trofimçuk həyəacan təbili çalır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz