Əlaqə Arxiv
news Image
2020.01.29
08:30
| A A A
9 fevral seçkilərinə beynəlxalq maraq olduqca böyükdür
Azərbaycan demokratiyasını müşahidə edəcək xaricilərin sayı 400-ü keçib

Bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişini müşahidə etmək üçün MSK-ya müraciət müddəti yanvarın 30-da başa çatacaq. Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Eyni zamanda səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) 2020-ci il yanvarın 30-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına 2020-ci il fevralın 4-dək təqdim etməlidirlər. 

Düzdür, daimi seçki məntəqələrinin əksəriyyəti zəruri ləvazimat və avadanlıqlarla təmin edilib, həmin məkanlarda veb-kameralar quraşdırılıb. Lakin bununla iş bitmir. Fəal vətəndaşlar, ictimai birliklərin fəalları, habelə beynəlxalq qurumların nümayəndələri seçki prosesini bilavasitə canlı müşahidə etmək istəyirlər. Bu da bütün dünyada qəbul edilən tamamilə normal haldır və seçkilərin legitimliyini təsdiqləyən vacib amildir.

Təsadüfi deyil ki, seçkiləri izləmək üçün xaricdən müraciət edənlərin sayı kifayət qədər yüksəkdir. açıqlamasında “Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli deyir ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək: “Azərbaycan daim güclənən və inkişaf edən ölkədir. Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”. O bildirib ki, Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir.

MDB Yəhudi Konqresinin sədri, xoşməramlı səfir, politoloq Aleksandr Şapiro Suliman hesab edir ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır: “Demokratik cəmiyyətlərdə islahatlar davamlı və təxirəsalınmaz şəkildə aparılır. Prezident İlham Əliyevin apardığı bu islahatlar Azərbaycanın beynəlxalq aləmə daim inteqrasiya etdiyini bir daha sübuta yetirdi”.

Xarici müşahidəçilərin çoxluğu ölkədəki demokratiyanın inkişafından xəbər verir. Bundan başqa, qanunverici orqana seçkilərdə namizədlər arasında gənclərin üstünlük təşkil etməsi yeni parlamentin xalqın istəklərinə tam cavab verəcəyini göstərir. Cəmiyyət hər zaman yeniliklərin tətbiq olunmasını istəyir. Azərbaycanın Milli Məclisi böyük inkişaf yolu keçmiş qanunverici orqandır. MDB müşahidə missiyasının formalaşması davam edir. 200-dən çox MDB müşahidəçisinin akkreditə olunması üçün sənədlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərilib. Bu siyahıya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan nümayəndələr, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB  İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün yanvarın 22-dən 23-dək Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək. Parlament seçkilərində səsvermə prosesini izləmək üçün AŞ PA-nın 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizdə olacaq. Ümumilikdə isə, indiyədək 409 nəfər xarici müşahidəçi qeydiyyatdan keçib.

N.NOVRUZ

Sizin Reklam Yeriniz