Əlaqə Arxiv
news Image
2020.01.29
10:21
| A A A
Avropa Şurasıda böhran burulğanında
Ekspert: “Avropa Şurasında bu gün yaranan böhran Avropa dövlətlərinin gələcəklə bağlı öz aralarında yaşanan ziddiyyət halından qaynaqlanır”

 

"Avropa Şurası bu gün böhran vəziyyətindədir".  Bunu Azərbaycanın  Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu, o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burda birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən, qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlarla çıxış edirlər"- S. Seyidov deyib.

S. Seyidov Azərbaycanda parlament seçkilərinin keçirildiyini və seçkiləri müşahidə etmək üçün AŞPA nümayəndə heyətinin Azərbaycan tərəfindən dəvət olunduğunu xarıtladıb. Nümayəndə heyətinin rəhbəri  Azərbayan üzrə məruzəçi  Eva Sunna Torhidur Evarsdottirin hesabatını kifayət qədər aydın və lazımi çərçivədə olduğunu bildirib: "Biz qarşılıqlı hörmət və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməliyik".

Politoloq Elşən Mirzəoğlu öncə qeyd etdi ki, Avropa Şurasında böhranla bağlı amillərə Səməd Seyidovdan xeyli əvəl, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100-cü ildönümünə həsr olunan yubiley tədbirində münasibət bildirib: "O qeyd etdi ki, Azərbaycan dövləti olaraq Avropaya inteqrasiyanın tərəfdarıdır. Amma söhbət hansı Avropadan, hansı inteqrasiyadan gedir? Özü iqtisadi və mənəvi böhran yaşayan Avropadanmı, mənəvi deqradasiyanın baş alıb getdiyi, islamofibiyadan danışan Avropadanmı? Təbii ki, ölkəmiz Avropanın hüquqi, siyasi-iqtisadi məkanına inteqrasiyanın tam mənada tərəfdarıdır. Hətta Avropanın təhlükəsizlik institutları ilə münasibətlərimizi də Azərbaycan dövlətinin milli maraqları çərçivəsində qurub inkişaf etdirməyin tərəfindəyik. Azərbaycan ümumiyyətlə, Avropa ilə nəinki inteqrasiyaya,  əməkdaşlığa da məhkumdur. Azərbaycan neft və qazı məhz Avropa bazarlarına yönəlib. Şimal və cənub qonşularımız olan Rusiya ilə İranın isə Azərbaycan neftinə elə də ciddi ehtiyacı yoxdur. Məhz Avropaya yönələn kəmərlər Azərbaycana iqtisadi və maliyyə baxımından dividentlər gətirir. Ölkəmizə xarici investisiyanın gəlməsində də bu məsələnin ciddi önəmi var. Azərbaycan Avropa Şurasına qəbul olunarkən üzərinə gətürdüyü öhdəliklərə də əməl edib. Senzuranı, ölüm hökmü ləğv edilib, müstəqil məhkəmə formalaşmasına yaranmasına şərait yaradan islahatlara start verdik.  Bu gün də ölkəmizdə mühüm islahatlar keçirilir. İndi ölkəmizdə həyata keçirilən islahatlar da əslində üasir dünyanın tələblərindən irəli gələn islahatlardır. Bu islahatlar Azərbaycanda müasir, qloballaşma dövrünün tələblərinə cavab verə biləcək müasir, modernist, optimal işləyə biləcək komandanın formalaşması zərurətindən irəıi gəlb ki, islahatların da həyata keçirilməsi təşəbbüsü ilə dövlət başçısının özü çıxış edib. İslahatlara dəstək verəcək parlamentin formalaşması zərurəti də günün əsas tələblərindən  biri olaraq ortalıqdadır. Bu mənada ölkəmizin Avropa institutları ilə münasibətləri həm Avropanın, həm də Azərbaycanın marağına cavab verəcək müstəvi üzərində qurulub".

E. Mirzəoğlunun fikrincə, Avropa Şurasında bu gün yaranan böhran Avropa dövlətlərinin gələcəklə bağlı öz aralarında yaşanan ziddiyyət halından qaynaqlanır: "Hətta Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını da Avropa Şurasında yaşanan böhranın səbəbi kimi göstərilə bilər. İkinci bir tərəfdən, AŞ-dakı böhran Qərbi Avropa ilə Şərqi Avropa ölkələrinin qurumun gələcək perspektivilə bağlı məsələyə münasibətləri fərqli və ziddiyyətlidir. ABŞ-la Avropa ölkələri arasında olan münasibətlərdəki gərginlik də sözügedən qurumda müəyyən böhranların yaşanmasına rəvac verir".

Politoloq bildirdi ki, AŞ bir sıra məsələlərdə Azərbaycana münasibətdə hələ də qərəzli mövqe sərgiləməkdə davam edir: "Avropa Şurasının bəzi institutları, xüsusən də seçkiləri müşahidə etməyə məsul olan institutlar təəssüf ki, Azərbaycanda həyata keçirilən islahatlara, seçkilərə münasibətdə bəzi hallarda qərəzli mövqe sərgiləyirlər. Avropa Şurasının habelə Dağlıq Qarabağ probleminin həllilə bağlı məsələdə indiyə kimi sərgilədiyi mövqe ikili standartlardan uzaga getməyib. ATƏT-in özü Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarlara münasibətdə sadiq deyil, Madrid prinsiplərinin həyata keçməsi üçün yekdil mövqe nümayiş etdirmir, Ermənistanın təcavüzkar dövlət olduğunu bəyan etmir. Bu da bir tərəfdən müasir  dünyanın çoxqütblü dünya olmasından irəli gəlir. Həm də müasir dünyanın qlobal problemlərə münasibətdə Avropa institutlarının özlərinin də ikili standartdan çıxış etmələrindən qaynaqlanır".

R. SOLTANOV

Sizin Reklam Yeriniz