news Image
2020.02.03
11:39
| A A A
Prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

Sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mingəçevir Sənaye Parkındakı “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “Brightman Business Managment Consultans” meyvə və tərəvəz konservlərinin istehsalı müəssisəsinin direktoru Afət Əhmədova, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, “Ağstafa Aqrar Sənaye Kompleksi” müəssisəsinin icraçı direktoru Anar Orucov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev yekun nitqi söyləyib.