Əlaqə Arxiv
news Image
2020.02.18
09:46
| A A A
Radikalların daha bir aksiyası iflasa uğradı
Mais Səfərli: “Son qanunsuz aksiya göstərdi ki, seçicilərimiz belə qüvvələrdən birdəfəlik imtina edib”

Azərbaycanda fevralın 9-da keçirilən seçkinin nəticələrindən guya narazılıq edənlərin ötən istirahət günü Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında razılaşdırılmamış mitinq keçirmək cəhdləri də əvvəlki aksiyaları kimi iflasa uğradı.

Qeyd edək ki, bir qrup özlərini seçkinin nəticələrini tanımayan kimi təqdim edənlər  yenə də ölkədə hərc-mərclik, xaos yaratmağa,  mövcud sabitliyi pozmağa çalışıb. Radikallığı ilə seçilən bu qüvvələr özlərinin bu hərəkətilə yenə də qanunlara məhəl qoymadıqlarını ortaya qoydular. Hazırda MSK  seçkilərlə bağlı müxtəlif dairələrədn gələn şikayətlərin araşdırılması ilə məşğuldur. Qurum bu araşdırmalar nəticəsində aşkar edilən pozuntularla bağlı müvafiq qərarlar qəbul edib və etməkdə davam edir. Bu isə onu deməyə əsas verir ki, əsas seçki qurumu seçkilərin tam demokratik şəraitdə keçirilməsi kimi, onunla bağlı yaranan şikayətləri də qanuna müvafiq şəkildə araşdırmaq və ona müvafiq qərarlar qəbul etməkdə qərarlıdır. Belə bir vəziyyətdə, seçkidən guya nazarı olduqlarını elan edən bir qrup qaragüruhçunun mitinq keçirmələrinə, özü də razılaşdırılmayan, qanunsuz aksiyaya getmələrinə heç bir səbəb yox idi. Lakin göründüyü kimi, radikallar öz araqarışdırmaq xislətlərinə uyğun olaraq fevralın 16-da yenə də qanuna zidd əməllərə əl atdılar.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, indiki halda belə aksiyalara ehtiyac yox idi: “Bəzi namizədlərin fevralın 16-da MSK qarşısında razılaşdırılmamış aksiya təşkil etmək cəhdləri bu sayaq əvvəlki cəhdləri kimi iflasa uğradı. Bu iflas da cəmiyyətin, xalqımızın, seçicilərin onlara dəstək verməməsində özünü göstərdi. Belə ki, hamımız narazıların bu aksiyasına barmaqla sayılacaq qədər cüzi insanın qoşulduğunun şahidi olduq.

Hazırda bildiyiniz kimi, MSK seçkilə bağlı gələn şikayətlərin araşdırılması ilə məşğuldur. Ona görə ilk növbədə onu qeyd edim ki, mitinqin bu ərəfədə dərhal keçirilməsinə heç bir lüzum yox idi. Bu da onu göstərir ki, narazılar dərhal mitinq keçirmək qərarı verməklə, özü də razılaşdırılmayan, bir növ ölkədə xaos yaratmağı düşünüblər. MSK hazırda məsələlərə obyektiv şəkildə baxır. Hətta qurum tərəfindən bir sıra dairənin nəticələri müəyyən qanun pozuntularına görə, ləğv olunub. Xeyli sayda şikayətlər də araşdırılması üçün dairələrə göndərilib. Bu da seçki qurumunun məsələyə qanun çərçivəsində yanaşdığının təzahürüdür.

MSK rəsmiləri və qurumun sədri Məzahir Pənahov dəfələrlə bildirib ki, bütün müraciətlərə obyektiv şəkildə baxılacaq.  Bu da ondan xəbər verir ki, MSK gələn bütün müraciətlərə obyektiv şəkildə baxır.  Belə olan halda dərhal küçələrə çıxıb etiraz etməyin özü də tezdir. Digər tərəfdən, qanunlara müvafiq olaraq etiraz aksiyaları da razılaşdırılmış şəkildə olmalıdır. Milli Məclisdə təmsil olunmaq məqsədi güdən bu insanlar ilk növbədə məhz Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Ona görə də indiki halda belə aksiyalara ehtiyac yox idi.

Azərbaycan üçün ən vacib məsələ stabilliyin qorunması  məsələsidir. Müharibə şəraitində yaşayan dövlətik. Düşmənlərimiz, ermənilər, ermənipərəst qüvvələr çalışırlar ki, Azərbaycanda sabitlik pozulsun”.

M. Səfərli bildirdi ki, 16 fevral aksiyası da iqtidardan nazarı olan qüvvələrin zəif olduğunu, cəmiyyətin onlara dəstək vermədiyini bir daha əyani şəkildə göstərdi: «Seçicilər ölkədə xaos yaratmaqda maraqlı olan bu qüvvələri dəstəkləmir.  Onların bir qanadı məhz özlərinin zəif olması səbəbindən seçkilərə qatılmadı. Seçkilərdə iştirak edən bəzi narazılar da cəmiyyətə normal mesajlar verə bilməmələri səbəbindən növbəti dəfə autsayder duruma düşdülər. Uzun illərdir ki, onlar uduza-uduza gəlirlər.

Bu mənada son qanunsuz aksiya da göstərdi ki, seçicilərimiz  belə qüvvələrdən birdəfəlik imtina edib.  Müxalifət öz fəaliyyətinə yenidən baxmalı, normal partiya quruculuğu ilə məşğul olmalı, qanun çərçivəsində fəaliyyət göstərməlidirlər. Yoxsa, Azərbaycanda müxalifət hələ də keçən əsrin 90-cı illərindəki düşüncə tərzindən qurtula bilməyib.

Bu mənada müxalifətin MSK qarşısındakı aksiyası da iflasa məhkum idi və bu da baş verdi”.

 

R. SOLTANOV

Sizin Reklam Yeriniz