Əlaqə Arxiv
news Image
2020.02.18
12:16
| A A A
Vətəndaşlar Prezidentə yazır: “Dövlətimiz insanları darda qoymadı”

"Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı ziyan çəkmiş sahibkarlara dövlət tərəfindən maddi yardım göstərilməsi haqqında Azərbaycan Prezidentinin 2019-cu il 29 mart tarixli, həmçinin Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində qəzalı vəziyyətə düşmüş binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə 2019-cu il 6 fevral tarixli sərəncamları da vətəndaşlarda böyük razılıq hissi doğurub". 

Mövqe.az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd olunub ki, bu hadisələrlə əlaqədar Xətai, Nərimanov, Yasamal, Gəncə, Mingəçevir, Ağdam, Biləsuvar, digər şəhər və rayonlardan daxil olmuş məktublarda bir fikir xüsusi vurğulanır:

“Çox şadıq ki, dövlətimiz hər zaman olduğu kimi, yenə çətinliklə üzləşmiş insanları darda qoymadı”.

Sizin Reklam Yeriniz