Əlaqə Arxiv
news Image
2020.02.20
09:03
| A A A
Müxalifətin bəhanə yeri qalmadı
Demokratik cəmiyyətdə gedən prosesi pozmaq радикал müxalifətçilərin əsas məqsədidir

Ölkəmizdə növbədənkənar parlament seçkiləri başa çatıb. Lakin parlament hələ tam formalaşmayıb. Proses davam edir. “Biz pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcəyik”-deyə, i MSK sədri Məzahir Pənahov deyir. MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları pozuntuların baş verməsinə görə günahkardır. Bu, siyasi tədbirə demokratik yanaşma tərzidir.

“Biz əslində pozuntu baş vermiş məntəqələrin nəticələrinin ləğvinə meylliyik”. Bu sözlər də Məzahir Pənahova aiddir. Sədr bildirib ki, MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır: “Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”.

Göründüyü kimi, zəmanə dəyişib, daha hər hansı bir səlahiyyətli “burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsi ilə işləyə bilmir. Qanunun aliliyi hər yanda, xüsusilə də seçki kimi mühüm siyasi tədbirlərdə diqqətlə qorunur. Lakin bu prosesdə bəzi namizədlər hələ də demokratiyanı hərki-hərkilik kimi qavrayır və özbaşınalığı iş norması sayırlar. Lakin bu heç də belə deyil və bizim yüksək demokratiyaya sahib olan ölkələr kimi qəbul etdiyimiz ölkələrdə belə demokratiya anlayışının arxasında ilk növbədə fərdin daşıdığı vəzifələr durur. Məsələn, Mərkəzi Seçki Komissiyasının (MSK) iclaslarından birində belə bir məqam yaşanıb. MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılan zaman müraciəti təqdim edən MSK üzvü İlkin Şahbazova sual verib: “Bu şikayət işıqlar sönən dairə ilə bağlıdır?” MSK katibinin bu sualına isə həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavab verib. MSK katibi deputatlığa namizədə xatırladıb ki, “mən sizə sual vermədim. Sualı MSK üzvünə verdim”. Katib üçünsə komissiya üzvünün cavabı daha ciddi öməm daşıyır, nəinki deoutatlığa namizədin, həm də uğursuzluğa düçar olmuş namizədin. Faktlar göstərir ki, deputatlığa namizəd olmuş bəzi şəxslər seçilə bilmədiklərini seçicilərin onlara etimadsızlıq göstərməsində yox, MSK üzvlərində görürlər. Məsələn, bildirirlər ki, guya kameralar quraşdırılmış məntəqələrdəki görüntülər qanun pozuntularını qeydə alsa da, sonradan bu görüntülər pozulub. Bu, tamamilə absurd ittihamdır. Bunu MSK sədri Məzahir Pənahov da çıxışlarının birində qeyd edib və bildirib ki, pozuntuları heç kim poza bilməz, “bura ciddi bir qurumdur”, görüntü ondan ötrüdür ki, baxıb qərar verilsin”.

İşin gedişatından aydın görünür ki, MSK sədri haqlıdır. Pozuntular diqqətlə araşdırılır və tədbir görülür. 4 dairədə seçkilərin nəticələrinin ləğv edilməsi buna sübutdur. 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət Cəfərli və digərlərinin müraciəti araşdırılaraq 4, 8 və 9 saylı seçki məntəqələrində seçkilərin iradəsini müəyyən etməyən hallar baş verib. Bu səbəbdən həmin məntəqələr üzrə nəticələrin etibarsız sayılmasına qərar verilib. Ümumiyyətlə isə onlarla məntəqədə seçkilərin nəticələri etibarsız sayılıb və bu da MSK-nın qanunun aliliyini qorumasının əyani göstəricisidir.

“Başqasının gözündə tükü seçən deputatlığa namizədlər bəzən öz gözlərində tiri” görməyə adət etməyiblər. Belə ki, seçki günü onların tərəfindən seçilmiş müşahidəçilərin, hətta bəzi jurnalistlərin seçki prosedurunu pozmalarına əhəmiyyət verməyib, yalnız birtərəfli qaydada seçki komissiyalarını günahlandırmağa çalışıblar. Halbuki, Seçki Məcəlləsinin tələblərinə görə seçki komissiyalarının işinə mane olmağa heç kimin hüququ yoxdur. Buna görə də MSK sədri Məzahir Pənahov seçki komissiyaları barədə tənqidi qeydlərini dilə gətirib: “Kimsə sənə imkan vermirsə işləməyə, demək günah səndədir. Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”. Bu da özünütənqid!

Sadalanan faktlar göstərir ki, beynəlxalq və yerli müşahidəçilərinin qeyd edikləri kimi parlament seçkiləri demokratik əsasda keçib və pozuntular, hətta radikal müxalifətçilərin qeyd etdikləri pozuntular da nəzərə alınaraq müvafiq tədbirlər görülüb və bu iş davam edir. İndi görəsən, bu adamlar daha nə istəyirlər? Axı, seçicilərin onlara səs verməməsi mhakimiyyətin yaxud MSK-nın günahı deyil. Bəlkə demokratiyadan danışa-danışa parlamentə zorla daxil olmaq istəyirlər?

N.NOVRUZ

Sizin Reklam Yeriniz