Əlaqə Arxiv
news Image
2020.02.22
10:16
| A A A
Ermənistanda hərbçilər “submədəniyyətsizlik”dən ölürlər
Nikol Paşinyanın versiyası həqiqi səbəbləri ört-basdır etməyə yönəldilib

Bu ay Ermənistan silahlı qüvvələrində baş vermiş cinayət və bununla əlaqədar istefalar fırtınası hələ də cəmiyyəti sarsıtmaqda davam edir. İşğal faktorunu ört-basdır etmək və işğalçı ordunun, ümumiyyətlə, psixoloji-mənəvi sarıdan aşınmaya məruz qalması həkim-ekspertlər və hərbi mütəxəssislər tərəfindən çoxdan sübut edilmiş faktdır. Bu səbəbdəndir ki, işğalçılıq missiyası daşıyan hərbçilər arasında tez-tez intihar, xidmət yoldaşını güllələmək, komandirlərə tabe olmamaq və komandirlərin özbaşınalığı, tabeliyində olanları aşağılamaq halları baş verir. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən sonra bu diyarda qalan qoşunlarının hərbi heyəti arasında təkcə bu ilin əvvəlindən 15 əsgəri qeyri-döyüş şəraitində həlak olub.

Ölüm hadisələri yağışdan sonra artan göbələklər kimi elə sürətlə yayılır ki, hesabat aparmaq belə çətinləşir. Ölümlərin motivləri nə qədər müxtəlif olsa da, hamısı hərbi davranışa, savadsızlığa, xidmətdə baş verən haqsızlığa, dözülməz şəraitə və mənəvi antaqonizmə bağlıdır. Məsələn, əsgər Tiqran Manvelyan və kiçik çavuş Tiqran Mxoyanın ölümünə görə istintaq komitəsi “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıb. Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuş hərbi qulluqçu, 1997-ci il təvəllüdlü, leytenant Hayk Nerses Asryan alın nahiyəsindən açılan odlu silah yarası ilə postda ölü vəziyyətdə tapılıb. Digər ölüm faktı hərbi qulluqçu, ixtisaca proqramçı olan Asriyanla bağlıdır. Məsələ burasındadır ki, əvvəllər belə hadisə olanda Müdafiə naziri, hərbi prokurorlar hadisə yerinə gedirdilər. Hərbi prokuror Vahe Harutyunyan isə indi sanki yoxdur. Ermənistan Müdafiə naziri üçün Azərbaycan tərəfi “günahkar” olduğu halda, Ermənistanın baş naziri Paşinyan bütün bu baş verənlərdə kriminal submədəniyyət daşıyan sıravi hərbi qulluqçuları ittiham edir. Onun məntiqinə görə, müxtəlif hərbi hissələrdə qulluq edən əsgərlərin paltarları eyni maşında yuyulması onların ləyaqətində problem yaradır.

LAkin fakt faktlığında qalır. Ermənistan hərbçiləri bir-birini qırır. Bununla əlaqədar cinayət işləri açılır, istintaq gedir. Lakin baş verənlərin qərəzsiz təhqiqtı ciddi şübhə doğurur. Çünki, bu ölkjənin bütün strukturlarında ciddi aşınma gedib və həqiqəti axtaran təhqiqatşı tapmaq müşkül işdir. Çünki, nəticə də həmin təhqiqatçılar özləri-özlərini mühakimə etməli olacaqlar. Ona görə ki, belə bie vəziyyətin yaranmasına onların da günahı az deyil. Düzdür, indiki hakimiyyət bunu köhnələrlə təzələrin müqayisəsi fonunda izah etməyə çalışır. Amma əslində həqiqi səbəb erməni cəmiyyətinin özünün kriminallaşmasındadır.   
Ömrünün son 24 ilini orduda ölən əsgərlərin cinayət hadisələrini araşdırmaq, varislərini təmsil etmək və müdafiə etməklə keçirən və sadəcə bu günlərdə depresiyaya düşən kriminalist, hüquq müdafiəçisi Ruben Martirosyana yaranmış vəziyyəti belə şərh edir: “Zabit heyəti üçün bu əxlaqın qorunub saxlanması sərf edir. Çünki belə olan halda, zəif, faydasız və sərxoş zabitlər üçün hərbi qulluqçuların xidmətinə nəzarət etmək daha asan olur. Belə olan halda heç bir şey etmədən, bölüyün, taborun, alayın taleyini “avtoritetlər” üzərinə yükləyir və sərbəst olurlar. Bu oğru aləminin əxlaqları da vaxtaşırı qətllərlə nəticələnir. Məhkəmə və istintaq orqanları daim inkar etmələrinə baxmayaraq, yaranmış vəziyyət, yəni orduda cinayətlərin baş verməsi elə onlara da sərf edir. Bu onlar üçün əlavə gəlir mənbəyinə çevrilib. Onlar nəinki cinayətkarlığın qarşısını alır və bunu törədən səbəblərin aradan qaldırılmasına xidmət edir, hətta öz fəaliyyətləri və fəaliyyətsizlikləri ilə bunun yaranmasına xidmət edirlər. Bu isə öz növbəsində ölüm hallarına yol açır”. Məsələn, öldürülən əsgər Karen Karapetyan anasına döyüş mövqelərində özbaşınalıq olduğunu və istədiklərini etdiklərini deyib. Artak Nazaryan, Tiqran Hambardzumyan, Albert Adibekyan, Zorik Markaryan, Arayik Avetisyan, Artur Qasparyan, Narek Adibekyan və bir çox başqa cinayət işlərində sərxoşluq faktoru əsas rol oynayır. İstintaq isə heç vaxt əsl səbəbi müəyyənləşdirə “bilmir”.
Erməni siyasi ekspert Sarkis Artsruni qeyd edib ki, bu cür hallar hətta ictimaiyyəti də iyrəndirir, üstəlik, insanlar dövlət orqanlarının baş verənlərə qeyri-adekvat qiymət verdiyinə qəzəblənirlər. Baş nazir Paşinyanın işə qarışması bir neçə yüksək rütbəli hərbçinin istefası ilə nəticələnib. LAkin bu, vəziyyəti düzətməyə, çətin ki, kömək etsin. Çünki, hərbçilərin, bütövlükdə ölkənin  üzərindən “işğalçı” damğası götürülməyincə vəziyyətin düzəlməsi mümkün olmayacaq. Axı, mənən sağlam olmayan insanın varlığı da dəhşət saçır. Bu da öz növbəsində mənəvi aşınmanı inkişaf etdirir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz