Əlaqə Arxiv
news Image
2020.02.23
19:28
| A A A
MSK daha 2 seçki məntəqəsində nəticələri etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 67 saylı Cəlilabad şəhər seçki dairəsi ilə bağlı müraciətə baxılıb. 

Mövqe.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. O bildirib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia olunur.

MSK üzvü deyib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. Həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. T.Həsənov məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.

Sizin Reklam Yeriniz