news Image
2013.07.01
12:38
| A A A
“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”
İsveçrə parlamentinin yuxarı palatasının sədri: “İsveçrə dövləti və parlamenti olaraq biz Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyirik”.

Mövqe.az-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardini jurnalistlərə açıqlamasında deyib. 

 

Şura sədri İsveçrənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. İsveçrə parlamentində Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunması barədə jurnalistlərin suallarına cavab olaraq Filippo Lombardini bunları deyib: "Hazırda belə bir qətnamə qəbul olunmaq üçün hazır deyil. Lakin biz bu səfər çərçivəsində İsveçrə-Azərbaycan parlamentlərarası  dostluq qrupu yaradılması məsələsini müzakirə edirik. Bu qrup yaradıldıqdan sonra iki ölkə parlamenti arasında bir çox məsələlər öz həllini tapacaq. O zaman əgər xalqın iradəsi olarsa, bu qətnamələrin qəbulu məsələsinə də baxıla bilər. Çünki İsveçrə parlamenti xalqın iradəsi ilə fəaliyyət göstərən orqandır".

 

Qeyd edək ki, İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardininin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.