Əlaqə Arxiv
news Image
2020.02.24
18:23
| A A A
MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Mövqe.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Validə Kazımova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz