Əlaqə Arxiv
news Image
2020.02.26
08:21
| A A A
İtaliya dа tarixi həqiqəti dəstəkləyir
Prezident İlham Əliyev Roma səfərində ərazi bütövlüyümüzün sarsılmazlığını bir daha nümayiş etdirdi

Azərbaycan Prezident İlham Əliyev bu yaxınlarda İtaliya Respublikasına etdiyi rəsmi səfər çərçivəsində Qarabağ münaqişəsinin həlli yolunda ədalətli həlli yolunu və perspektivləri İtaliya prezidenti Sercio Mattarella ilə müzakirə edib. İki lider təkbətək görüşdən sonra verdikləri bəyanatda Cənubi Qafqaz regionunda sabitliyin düşməni olan erməni işğalının aradan qaldırılmasıni müzakirə etdiklərini təsdiqləyiblər. İtaliya prezidenti bildirib ki, Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq: "Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq".

Azərbaycanın dövlət başçısı da bəyanatıənda bu fikri inkişaf etdirərək deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.

O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

İki il əvvəl, 2018-ci ilin iyulunda İtaliya prezidentinin Bakıya səfərində də Azərbaycan üçün bu ağrılı məsələ müzakirə edilmişdi. O vaxtkı bəyanatında İlham Əliyev bildirmişdi ki, Azərbaycan -İtaliya münasibətlərindən və Qarabağ problemindən danışıb: "İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır".

Azərbaycandan sonra Yerevanda rəsmi səfərdə olan İtaliya prezidenti Serco Mattarella ölkəsinin ATƏT-in həmsədr dövləti olaraq münaqişənin Helsinki Yekun Aktının müddəalarına əsasən həllinə çalışacaq: "Sülhü təmin etmək lazımdır. Biz sülh danışıqları üçün əlimizdən gələni edəcəyik. Tənzimlənmə yalnız məqbul siyasi yolla, ATƏT-in Minsk Qrupu çərçivəsində beynəlxalq hüquqi normalar əsasında həll edilə bilər".

Prezident İlham Əliyevin builki səfərində yenidən bu məsələni qaldırması və Avropa İttifaqının bu üçüncü böyük ölkəsində Ermənistanın işğalçılıq siyasətini və bunu davam etdirmək niyyətini ifşa etməsi böyük əhəmiyyətə malikdir.  Bir həftə əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada Prezident İlham Əliyevin iştirakı və onun regional, qlobal məsələlərlə bağlı öz fikirlərini bildirməsi göstərir ki,  Azərbaycan regional məsələlərdə artıq həlledici ölkələrdən birinə çevrilib. Bu da bir məsələni qabardır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi təsirli statistikaya malikdir. Bir tərəfdən əməkdaşlıq inkişaf etdirilərək etibar qazanılır və paralel olaraq ölkənin əsas probleminin konturları faktlarla izah olunur. Nəticədə haqq və ədalətin bərpası üçün zəmin əldə edilir. İtaliyaya rəsmi səfər bu baxımdan əhəmiyyəli və səmərəli vədlərlə yadda qalıb.

Şübhəsiz ki, bu siyasət davamlı olaraq inkişaf etdiriləcək. Çünki, effektliliyi aydın görünür və ölkəmizi addım-addım son qələbəyə yaxınlaşdıprır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz