news Image
2020.02.26
10:04
| A A A
Prezident Xocalı abidəsini ziyarət etdi


Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.
Mövqe.az -ın məlumatına görə, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib. 

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.