Əlaqə Arxiv
news Image
2020.02.26
11:50
| A A A
“Xocalı faciəsinin səbəbkarları cəzasını almadan məsələ bağlanmayacaq” - Türkiyə səfiri


Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımı abidəsini ziyarət edib.
Mövqe.az -ın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Xocalıda törədilən cinayət 20-ci əsrin ən dəhşətli soyqırımıdır. 

"Tarixə "qara gecə" adı ilə düşən faciədən 28 il keçməsinə baxmayaraq, hələ də cinayətkarların mühakimə olunmaması böyük ədalətsizlikdir. Hər zaman olduğu kimi açıq bildirirəm ki, faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündə yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik". 
 

Sizin Reklam Yeriniz