Əlaqə Arxiv
news Image
2020.02.26
18:33
| A A A
Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Mövqe.az-ın məlumatına görə, Misir parlamentinin katibliyindən ölkəmizin Misirdəki səfiri Tural Rzayevə ünvanlanmış, dostluq qrupunun rəhbəri Usama Əl-Əbd və üzvü Şukri Əl-Cuneydinin imzaladığı bəyanatın mətnində deyilir: “Biz, 1992-ci il fevralın 26-da baş vermiş hadisələrin ağrı və acısını bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk.

Ümid edirik ki, sizin problem beynəlxalq qanunun qayda və prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini alacaq”.

Sizin Reklam Yeriniz