news Image
2020.02.26
20:40
| A A A
Moskvadan Türkiyəyə daha bir ittiham - Əcnəbi döyüşçüləri...

Rusiya Türkiyəni xarici döyüşçülərin Liviyaya keçməsinə köməklik etməkdə ittiham edir.

Mövqe.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.

Agentliyə açıqlama verən Rusiya Xarici Işlər nazirinin köməkçisi Mixail Boqdanov əcnəbi döyüşçülərin Liviyaya keçməsinə köməklik göstərdiyinə görə Türkiyəni ittiham edib.

Baqdanov eyni zamanda bu gün Ankarada İdlib mövzusunda baş tutan Türkiyə-Rusiya nümayəndə heyətləri arasındakı müzakirələrdən müsbət nəticə gözlədiklərini bildirib.