news Image
2012.05.11
12:24
| A A A
Haşiminin məhkəməsi təxirə salınıb

Movqe.Az xəbər verir ki, İraqın vitse-prezidenti Tarık əl-Haşimi haqqındakı terror iddiası ilə bağlı məhkəmə ikinci dəfə təxirə salınıb. Paytaxt Bağdadda baş tutan məhkəmə ikinci dəfə təxirə salınarkən, Haşiminin vəkilləri terror iddiasına xüsusi bir məhkəmədə baxılması lazım olduğunu və bunun üçün hələ də gözlədiklərini deyib.

Qeyd edək ki, növbətti məhkəmə mayın 15-də keçiriləcək.

Xatırladaq ki, Tarık əl-Haşimi İraqda terror hücumlarına maliyyə yardımı etməklə təqsirləndirilib. Haşimi özü isə bu iddiaları qəbul etmir.

Əfqanə Məzahirqızı

Mövqe.az