Əlaqə Arxiv
news Image
2020.02.27
19:32
| A A A
Roza Əliqızının Türkiyədə Qarabağ Gerçəklikləri ilə bağlı silsilə tədbirləri davam edir

"Əsgər Ailəsi Cəmiyyəti" VTİB -nin sədri ,Qarabağ müharibə veteranı Roza Əliqızı bir aydan çoxdur ki Türkiyədə Qarabağ Gerçəklikləri və Xocalı soyqırımının 29- cü ilinə həsr olunmuş silsilə tədbirlər keçirir.Əsasən də orta məktəblər də, litseylərdə universitetlərdə keçirilən bu proqramların əsas məqsədi gənclərə Qarabağ gerçəkliklərini və Xocalı soyqırımının görünməyən üzlərini anlatmaq təbliğ etməkdir. Roza Əliqızının verdiyi məlumata görə yanvar ayından Türkiyədə bu tədbirlərin həyata keçirilməsi üçün yanvar ayından çalışıb, tədbir keçirəcəyi şəhərlərin valiləri və milli eyitim müdürlükləri ilə söhbət edərək dəstək alıb və məqsədinə nail olub. Roza Əliqızının dediyinə görə keçirdiyi tədbirlər rəhbəri olduğu "Əsgər Ailəsi Cəmiyyətinin" və bu cəmiyyətin Türkiyə Şöbəsinon xətti ilə bir də Türkiyə Milli egitim İl və ilçə müdürlüklərinin dəstəyi ilə olmuşdur. Litseylərdə tələbələrlə yanaşı salona Türkiyə qaziləri, şəhid ailələri dəvət edilmişdir. Roza Əliqızı çıxışlarını Qarabağda baş verən erməni terroristlərinin torpaqlarımızın işğalı etmələri və bir əsrdə ermənilərin Türklərə 4 dəfə soyqırım etməsindən bu soyqırımda xalqımıza qarşı amansız erməni zülmündən, erməni işgəncələrdən danışarkən çıxışını bu sözlərlə bitirmişdir-"ermənilər biz Türklərin dədə- baba düşmənləridir, düşmənlə dost yox ıntiqam alınır! Roza Əliqızının yanvar ayından Türkiyə Milli egitimin il və ilçə müdürlüklərinin dəsdəyi ilə apardığı Qarbah gerçəklikləri silsilə tədbirləri martın sonuna qədər davam edəcək

Sizin Reklam Yeriniz