Əlaqə Arxiv
news Image
2020.02.28
14:05
| A A A
Soyqırım, işğal və etnik təmizləmə siyasəti Macarıstan mediasında
Macarıstan mediası Xocalı soyqırımından yazıb

Jurnalist Əli Zülfüqaroğlu və məşhur macarıstanlı türkoloq dr. İstvan Seresin həmmüəllifliyi ilə Macarıstanda fəaliyyət göstərən http://www.newjsag.hu portalında Xocalı soyqırımı, erməni işğalı və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə bağlı məqalə dərc edilib. Məqalədə  erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırım və işğal, eyni zamanda etnik təmizləmə siyasəti tarixi faktlarla əks olunub, Xocalıda baş verən dəhşətlər barədə məlumatlar verilib.

Məqalədə Xocalı qətliamının bir çox ölkələr tərəfindən bəşəriyyətə qarşı cinayət və soyqırımı kimi qiymətləndirildiyi də qeyd olunub.  2012-ci ildə Meksika və Kolumbiya, 2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, 2014-cü ildə Honduras, 2016-cı ildə İordaniya və 2017-ci ildə Cibuti parlamenti, həmçinin ABŞ-ın 21 ştatı bu soyqırımı tanıyıb.

Bundan başqa yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə qeydlər də yer alıb. Həmçinin Qarabağın işğal edildiyi və insanların öz yurd yuvalarından didərgin düşdüyü, məcburi köşkünə çevrildiyi önə çəkilib: “Qarabağın qeyd şərtsiz işğaldan azad edilməsi barədə BMT təhlükəsizlik şurasının 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan işğalı davam etdirir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq hüquq normaları münqaişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini diktə edir.

Son illərdə bir çox ölkələr Azərbaycanla həmrəy olduğunu və Ermənistanın işğaldan əl çəkməsinin vacibliyi ilə bağlı mövqe ortaya qoyub. Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərlə bağlı bir sıra beynəlxalq qərarlar qəbul olunsa da, Ermənistan işğalçı siyasətini davam etdirərək onların icrasına mane olmaqda davam edir”.

 

Sizin Reklam Yeriniz