news Image
2013.07.02
10:17
| A A A
“İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllində bütün variantlarda Azərbaycanı dəstəkləməyə hazırdır”
İsveçrə parlamentinin yuxarı palatasının sədri: “Dağlıq Qarabağ münaqişəsinin həllində bütün variantlarda Azərbaycanı dəstəkləməyə hazırıq”

APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi spiker Oqtay Əsədov ilə görüşü zamanı bildirib.

 

O qeyd edib ki, ölkəsi problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır, beynəlxalq diqqətin məsələnin həllinə diqqətinin artırılması lazımdır.

 

F. Lombardi onu da deyib ki, Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan dünya dövlətləri sırasında öz yerini tutub və İsveçrə Konfederasiyası bu cür inkişaf etmiş ölkə ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır: "Biz əlimizdən gələni edəcəyik ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsin".

 

O. Əsədov isə deyib ki, qlobal maliyyə böhranına baxmayaraq, İsveçrə iş adamları Azərbaycan iqtisadiyyatına inamla sərmayə yatırırlar və bu gün ölkəmizdə 70-ə yaxın İsveçrə şirkəti fəaliyyət göstərir. Spiker bölgənin inkişafına ciddi maneə olan, regionun, o cümlədən Avropanın təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ münaqişəsi barədə son durumla bağlı qonağa ətraflı məlumat verib. O. Əsədov problemin nizamlanması məsələsinə beynəlxalq ictimaiyyətin diqqətinin artırılmasının vacibliyini vurğulayıb.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs