news Image
2013.07.02
12:48
| A A A
Milli Məclis bir neçə məhkəmələrə hakimlər seçib

Milli Məclisin iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan MR Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə hakimləri seçilməsi müzakirəyə çıxarılıb. Mövqe.az-ın məlumatına görə, bununla bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüeynli bildirib ki, indiki təyinatlardan sonra yuxarı instansiya məhkəmələrində vakant yerlər qalmayacaq. O deyib ki, hazırda Ali Məhkəməyə 10 vakansiya, Naxçıvan Ali Məhkəməsinə 6 vakansiya, Bakı Apelyasiya Məhkəməsinə 5 vakansiya, Şirvan Şəhər Apellyasyia Məhkəməsinə 3 vakansiya, Gəncə Şəhər Apellyasiya Məhkəməsinə 5 vakansiya, Şəki Şəhər Apellyasyia Məhkəməsinə 4 vakansiya və Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə 6 vakansiya var.

 

Daha sonra namizədlər barədə səsvermə aparılaraq hakimlər seçilib.