news Image
2013.07.03
15:37
| A A A
İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

Mövqe.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul olunmuş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senat nümayəndə heyətinin Azərbaycana gerçəkləşdirdiyi səfəri fonunda Senat Xocalıda müsəlman Azərbaycan xalqının məruz qaldığı, eyni zamanda, insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü, həmçinin məscidlərə və müqəddəs İslam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində İslam irs və mədəniyyətinə üzr vermiş ağır itkini pisləyir.


İordaniya Senatı Ermənistanla Azərbaycan arasındakı münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə, habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır.


Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə, kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir.


Senat dövlətləri ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlara göstərməyə səsləyir