news Image
2013.07.05
12:09
| A A A
“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və tanımaqda davam edəcəyik”

"Xorvatiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini ortaya qoyub. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqda davam edəcək. Biz eyni siyasəti Avropa Birliyinin üzvü kimi də həyata keçirəcəyik".


Mövqe.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Xorvatiya parlamentinin spikeri İosip Leko jurnalistlərə açıqlamasında deyib.

 

İ. Leko deyib ki, ölkəsi Avropa Birliyinin üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun mövqeyini dəstəkləyir: "Xorvatiya heç vaxt birtərəfli referendum keçirmək cəhdlərini tanımayacaq. Biz münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. Xorvatiya bu məsələdə xarici siyasətini Avropa Birliyinin siyasətinə uyğun qurur".

 

Qeyd edək ki, Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.