news Image
2013.07.05
13:32
| A A A
Türkiyədə Misir Prezidentinə dəstək aksiyaları keçiriləcək

Bu gün Türkiyənin müxtəlif şəhərlərində Misir Prezidenti Məhəmməd Mursiyə dəstək məqsədilə etiraz aksiyaları keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.


Qəzetin məlumatına görə, dəstək aksiyası cümə namazından sonra Misirin Ankaradakı səfirliyi önündə keçiriləcək. Analoji aksiya bir gün əvvəl də keçirilib.


Misir ordusu Prezidenti hakimiyyətdən kənarlaşdırandan sonra ölkədə Məhəmməd Mursiyə dəstək olaraq minlərlə insanın iştirak etdiyi aksiyalar keçirilir.


Ehtimal olunur ki, bu gün cümə namazından sonra Misirin müxtəlif şəhərində də Prezidentə dəstək aksiyaları keçiriləcək.


Hakimiyyətə verilən ultimatumun vaxtı başa çatdıqdan sonra iyulun ikisində Misir ordusu hərbi çevriliş edərək ölkədə hakimiyyəti ələ alıb.


"Əl-Cəzirə" telekanalı məlumat verir ki, Misir Prezidenti Məhəmməd Mursi və "Müsəlman qardaşları" təşkilatının üzvlərinə qarşı konstitusiyanın pozulması maddələri üzrə yeni ittihamlar irəli sürülüb.