Əlaqə Arxiv
news Image
2020.03.24
12:45
| A A A
Polşa vətəndaşlarının Azərbaycandan yola salınması üçün reys təşkil olunacaq

Martın 27-də Polşa vətəndaşlarının Azərbaycandan yola salınması üçün Bakı-Varşava marşrutu üzrə reys təşkil olunacaq.

Mövqe.az-ın məlumatına görə, bu barədə Polşanın Azərbaycandakı səfirliyi bildirib.

Qeyd olunur ki, reys Polşa hökumətinin dəstəyi ilə təşkil olunur.

Bu reys vasitəsilə Polşa vətəndaşları, onların ailə üzvləri, Polşada yaşayış və işləmək hüququ olan əcnəbilər, diplomatlar, eləcə də yük daşımaları üçün nəqliyyat vasitələrini idarə edən əcnəbilər yola salınacaq.

Sizin Reklam Yeriniz