news Image
2013.07.05
15:56
| A A A
Misirdə daha bir qanlı gün

Movqe.Az xəbər verir ki, Mursi tərəfdarı İslamçı xadimlər polis və ordu mərkəzlərinə eyni vaxtda hücum təşkil edib. Misirin Sina Yarımadasındakı ordu nəzarət nöqtələri və bir polis mərkəzinə roketatar və maşınlı tüfənglərlə təşkil edilən eyni vaxtlı hücumlarda bir əsgər ölüb. AFPə danışan sağlamlıq səlahiyyətliləri, Sina yarımadasının şimalındakı Əl Gura kəndindəki ordu nəzarət məntəqəsinə açılan atəşdə bir əsgərin həlak olduğunu, iki əsgərin isə yaralandığını söyləyib. Təhlükəsizlik qaynaqları, xadimlərin Rifah sərhəd qəsəbəsindəki bir polis mərkəzinə və hərbi kəşfiyyat vahidlərinə də hücum təşkil etdiyini söyləyib. Bir qaynaq, Sina yarımadasının şimalındakı digər qəsəbələrdə də ordu və polis məntəqələrinə hücumlar reallaşdırıldığını bildirib. Agentlik, hücumların "İslamçı xadimlər" tərəfindən təşki edildiyinil qeyd edib.

Siyasət