Əlaqə Arxiv
news Image
2013.07.08
11:57
| A A A
Bakı Kəndlər İcması Təşkilat Komitəsinin təsis toplantısı keçirilib

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) nəzdində yaradılan  Bakı  Kəndlər  İcması (BKİ) Təşkilat Komitəsinin təsis toplantısı keçirilib. Mövqe.az-ın məlumatına görə, VİP qərargahında keçirilən yığıncaqda Bakı və Abşeronun 18 kəndindən nümayəndələr iştirak edib. 


VİP sədri  Əli Əliyevin də qatıldığı toplantıda partiyanın nəzdində BKİ-nin yaradılmasını zəruri edən səbəblər ətraflı izah olunub. Qeyd olunub ki, Bakı və Abşeronun kəndlərinin sosial-iqtisadi problemlərinin həlli,  həmin məntəqələrdə milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi, eyni zamanda, kəndlərin sakinlərini ölkənin ictimai-siyasi həyatında  iştirakının  artırılmasının vacibliyi BKİ tipli  qurumun  aktuallığını  daha  da  artırır.


Toplantı iştirakçıları BKİ-nin formalaşdırılmasına həqiqətən, ehtiyac olması haqda deyilənləri  qəbul  edərək, qurumun yaradılması  prosesinin sürətləndirilməsini təklif ediblər. Qeyd olunları əsas götürən təmsilçilər  BKİ-nin rəsmən təsis olunması  istiqamətində  zəruri  işlərin görülməsi  məqsədi  ilə  11  nəfərdən  ibarət  Təşkilat  Komitəsi  formalaşdırılmasəınə qərara alıblar. Təşkilat  Komitəsinin  tərkibi  səsvermə yolu  ilə  müəyyən  edilib. 


Qarşıdakı  günlərdə  BKİ  Təşkilat  Komitəsinin  iclasının  çağırılması və fəaliyyət  planının müzakirə olunaraq qəbul edilməsi məqsədəuyğun sayılıb.


      


Sizin Reklam Yeriniz