Əlaqə Arxiv
news Image
2020.03.31
20:24
| A A A
"Yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması xüsusi önəm daşıyır" - Deputat
31 mart Azərbaycanlıların Soyqırımı Günü hər bir Azərbaycanlının hüznlə xatırladığı gündür. Bu gün dövlətimiz də daxil olmaqla bütün dünya panepidemiya ilə mübarizə aparsa da, bu soyqırımı gününü unutmadıq, kədərlə yad edib, hadisə qurbanlarını böyük sayğı ilə anırıq. Bu sözləri Mövqe.az-a açıqlayan deputat Ceyhun Məmmədov əlavə olaraq qeyd etdi ki, son iki əsrdə emənilər tərəfindən Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Bu siyasət nəticəsində xalqımız ağır məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılmışdır. Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır. Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 27 mart 1998-ci ildə "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" fərman imzalamışdır. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu gün Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prioritet məsələlərdən birini təşkil edir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq. Burada hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması xüsusi önəm daşıyır. 31 mart Azərbaycanlıların Soyqırımı Günü hər bir Azərbaycanlının hüznlə xatırladığı gündür. Bu gün dövlətimiz də daxil olmaqla bütün dünya panepidemiya ilə mübarizə aparsa da, bu soyqırımı gününü unu Son iki əsrdə emənilər tərəfindən Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Bu siyasət nəticəsində xalqımız ağır məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılmışdır. Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır. Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 27 mart 1998-ci ildə "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" fərman imzalamışdır. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu gün Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prioritet məsələlərdən birini təşkil edir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq. Burada hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması xüsusi önəm daşıyır.
Sizin Reklam Yeriniz