Əlaqə Arxiv
news Image
2020.04.01
17:59
| A A A
DİM-in vəzifələri artırıldı

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Mövqe.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Dövlət İmtahan Mərkəzinin vəzifəsi artırılıb.

Nizamnamədə qeyd olunub ki, DİM müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır.

Fərmanla müəyyənləşib ki, bundan sonra DİM peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.

Sizin Reklam Yeriniz