Əlaqə Arxiv
news Image
2020.04.04
14:28
| A A A
Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdirilirlər

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunan razılı­ğa əsasən və Azərbaycan Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib. 

DSX-dan Mövqe.az-a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib. 

Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilib, onlar Azərbay­canda elan olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılan mərkəz­lərdə müəyyən olunan müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Bildirilib ki, Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiyadan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb. 

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­ən işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılan yerlərə və yaradılan şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­an nəqliyyat vasitələrinə baxış keçirilib. 

Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilib, Prezident İl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­rilib, xahiş və müraciətləri dinlə­nilib.

Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Ru­­­siya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılan şəraitə görə Prezi­dent İlham Əliyevə və Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər. 

Sizin Reklam Yeriniz