Əlaqə Arxiv
news Image
2013.07.09
18:26
| A A A
Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin edilib

İrfan Siddiq Böyük Britaniyanın Azərbaycanda səfiri təyin olunub. Bu barədə Mövqe.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.


Siddiq avqust ayında fəaliyyətə başlayacaq.


İrfan Siddiq Böyük Britaniyanın Diplomatik Xidmətində təqaüdçü olan Piter Beytmanı əvəz edəcək.


Siddiq Böyük Britaniyanın Xarici İşlər Ofisində fəaliyyətinə 1998-ci ildə başlayıb və Hindistan, Misir, Amerika Birləşmiş Ştatları, Suriya və İraqda geniş xarici təcrübə əldə edib.


Diplomat Azərbaycana səfir təyin olunması münasibətilə bildirib: "Mən Böyük Britaniyanın Azərbaycan Respublikasında səfiri təyin edilməyimdən çox şadam. Azərbaycan cəlbedici ölkədir. Zəngin mədəni irsə, dinamik iqtisadiyyata malik bir ölkədir və böyük strateji əhəmiyyət kəsb edir. Mən Azərbaycanda yaşamaq və işləmək, Azərbaycan və Azərbaycan xalqını tanımaq və Böyük Britaniya maraqlarını və dəyərlərini daha yaxşı təbliğ etmək üçün Britaniya-Azərbaycan əlaqələrini inkişaf etdirməyi səbirsizliklə gözləyir

Sizin Reklam Yeriniz