Əlaqə Arxiv
news Image
2020.04.09
10:07
| A A A
Paşinyanın siyasəti rəqqaslıqdan da aşağıdır
Ermənistanda populizmlə hakimiyyətə gəlmiş komandanın rəhbəri nüfuzunu tamamilə itirib

Həyatda bəzən elə insanlara rast gəlinir ki, onlar nail ola bilmədiklərinə görə həmişə kimisə və ya nəyisə günahlandırırlar. Belələri üçün əllərində daim hansısa bir maneə, yaxud hazır bəhanə olur. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan bu adamların ən bariz nüsxələrindən biridir. Bu haqda “armenianreport.am” saytında dərc etdirdiyi məqaləsində danışan Tevos Arşakyan öz baş nazirləri hada deyir ki, pis rəqqas kimi Paşinyana həmişə nə isə mane olur: “Pis rəqqas həmişə pis rəqsinə görə nəyisə günahkar bilir. Bu qanadlı ifadə birmənalı məna daşıyır - bir şeyi pis bilən bir insan, həmişə ikinci dərəcəli xırda vəziyyətlərə istinad edir. Və hər zaman bir şeyə müdaxilə edən, yaxud da bir işi sona çatdırmağa nail olmayan Baş nazirimiz Paşinyana həmişə nə isə mane olur”.

Məsələn, bazar ertəsi canlı yayım zamanı vətəndaşların suallarını cavablandıran Paşinyan, hələ də antikorrupsiya mübarizəsinin tempindən narazı olduğunu və bu prosesin nə üçün Ermənistanda yavaş getdiyini Gürcüstanın misalında izah edib: “Gürcüstanda “gül  inqilabından”  sonra polis islahatları daha sürətli oldu. Səbəb nədir? Əsas səbəb Gürcüstandakı inqilabın  geosiyasi kontekstə sahib olması və geosiyasi mərkəzlərdən birinin baş verənlərin effektivliyini hər vasitə ilə sübut etmək üçün nəhəng miqyasda ianələr verməkdə maraqlı olmasıdır. Heç kim bizim islahatlarımıza sponsorluq etmir. Demokratik inqilabın geosiyasi məzmunda olmadığını özümüz istədik və axırda da tək qaldıq”.

Yəni Paşinyan, bütövlükdə Gürcüstanda və xüsusən polisdə aparılan islahatların uğurunu, guya, geosiyasi mərkəzlərdən birinin - bu vəziyyətdə ABŞ-ın Saakaşviliyə pulla kömək etməsi ilə əlaqələndirdi. “Biz, kasıb balalarıq, heç kim bizə çox pul vermir və buna görə də Ermənistan polisində islahatlar çox yavaş gedir” – baş nazirin izahatı əslində bunu anlatmaq idi. Arşakyan Paşinyanın bu izahını ibtidai yalan adlandırır və bildirir ki, Gürcüstan uzaq ölkə deyil ki, biz orada gedən prosesləri bilməyək, həm Saakaşvilidən əvvəl, həm də ondan sonra ermənilərin tən yarısı qonşu ölkəyə səfər edib: “İnqilabdan əvvəlki Gürcüstanın Ermənistanla eyni problemləri  yaşadığını başa düşürük. Koçaryan-Sarkisyan dövründə Ermənistan kimi Gürcüstan da korrupsiya, qohumbazlıq və polis qanunsuzluğunun sinonimi hesab olunurdu. Ermənistanda olduğu kimi, cinayət aləmi polislə əlbir idi, güc strukturları ilə korrupsiyalaşmış hökumət məmurları və siyasətçilər birləşmişdilər. Saakaşvili gəldikdən sonra Gürcüstanda polis yalnız bir dövlət qurumu deyil, insanlara problemlərini həll etməyə kömək edən bir xidmətə çevrildi. Konsepsiya dəyişdi və insanlar gördülər ki, polis artıq cəmiyyətdən yuxarı deyil, cəmiyyətin bir hissəsidir”.

Gürcüstanda həyata keçirilən islahatları baş nazirə görk edən müəllif yazır ki, Ermənistana kifayət qədər sponsorluq edənlər vardı və indi də var. Onun iddiasına görə Paşinyan dəyişikliklər üçün ölkəyə hökumətin əlində olan 1,1 milyard dolları havaya uçurdub. Yəni, əslində özü və ətrafındakılar mənimsəyib. Buna görə də onun islahatlara xaricdən yardım edilməməsini demək bəhanədən başqa bir şey deyil. Üstəlik, yeni hökumət pafosla bildirir ki, cinayətkarlardan müsadirə edilmiş 40 milyard dramın büdcəyə transfer edilməsi və daha 190 milyard dramın da transferinin gözlənilməsi baş nazirin yalan danışıdığını sübut edən faktlardır. Ancaq başqa bir məsələ də var ki, Paşinyan populist olduğu üçün vəsaitlər barədə yalan məlumatlar da verilə bilər. Bütün bunlardan görünür ki, Paşinyanın siyasəti rəqqasın pis rəqsindən aşağıdadır və buna görə də onun nə ölkədə, nə də ölkə xaricində hansısa bir nüfuzu var.

N.NOVRUZ

Sizin Reklam Yeriniz