Əlaqə Arxiv
news Image
2013.07.10
15:45
| A A A
Əli Həsənov: Prezident İlham Əliyevə qarşı opponentlik edənlər xaricdən dəstək axtarırlar

Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub. Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənc alimlərinin Ümumi Yığıncağında bildirib.


Həsənov bu gün Prezident İlham Əliyevə opponentlik edənlər barədə də danışıb: "İndi baxın, Prezident İlham Əliyevə qarşı opponentlik edənlər kimlərdir. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir ki, "hələ mən dəstəklənmək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığın alım, gəlim, prezident olum". Görün Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar!"


PA rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq: "Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O, seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər elə onun kampaniyasıdır. Əgər Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüurlu hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur.

Sizin Reklam Yeriniz