Əlaqə Arxiv
news Image
2020.04.13
17:12
| A A A
"Milli birliyimizi, həmrəyliyimizi əməlimizdə sübut edək" - Deputat

COVID-19 qlobal pandemiyası dünyanın mövcud reallıqlarını təhdid edərək iqtisadi və sosial həyatı demək olar ki, iflic edib. Qlobal pandemiya ilə mübarizə aparmaq, bütün dünyanın bu gün ən aktual problemidir. İnsanların sağlamlığını qorumaq üçün ciddi karantin rejimi tətbiq etmək və bu rejim vaxtı insanların sosial müdafiəsini həyata keçirmək isə olduqca mürəkkəb bir prosesdir. Karantin təcridetmə prosesində insanların sosial vəziyyətini xüsusən ağırlaşdırır. Odur ki, dünya ölkələri inkişaf sürətindən asılı olmayaraq qlobal pandemiyanın vurduğu iqtisadi və bütün digər zərəri qarşılamaq üçün müxtəlif təşəbbüslər və proqramlar nəzərdə tutur və tətbiq edirlər. Bu təşəbbüslər hər bir ölkədə onların iqtisadi və maliyyə sabitliyinə uyğun hazırlanır. Hətta bəzi ölkələrdə bu tədbirlər üçün xüsusi sahələr prioritet olaraq da seçilir. Ancaq ölkəmizdə məhz cənab Prezidentimiz İlham Əliyevin rehbərliyi ilə pandemiya ilə mübarizə və böhran paketi demək olar ki, sosial sferanın sosiallıq prinsipləri və iqtisadi sahənin zərərçəkmiş bütün sahələrini əhatə etməklə, ÜDM- da xüsusi çəkisinin daha yüksək olması ilə, hətta ən inkişaf etmiş ölkələri belə üstələyir. Ədalət naminə onu da xüsusi qeyd edek ki, qlobal pandemiya reallığı onu gösterdi ki, heç bir riski nə qiymətləndirmək, nə də onu idarə etmək mümkün deyilmiş. Heç bir dövlət buna hazır deyildi. Lakin müdrik və uzaqgörən rəhbərimiz cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu təhlükənin nə qədər ciddi olacağını ilk gündən hiss edərək ölkənin bu günə kimi qazanmış olduğu və fəxrlə qeyd etdiyimiz iqtisadi potensialını, hüquqi və mənəvi gücünü bu dəhşətli bəlanın qarşısını almağa səfərbər etdi. Çox ağıllı, hərtərəfli düşünülmüş və genişmiqyaslı tədbirlər planı hazırlandı. Hər bir böhranlı halın əsas hədəfi insanların sosial vəziyyətinin ağırlaşması olduğunu xüsusi olaraq diqqətdə saxlayan cənab Prezidentimizin sərəncamı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planında məşğulluq və sosial rifah üzrə bölmədə 4 istiqamət üzrə, 10 tədbirin icrasına artıq başlanıb. Fürsətdən istifadə edib bu taleyüklü sosial tədbirin icrasını obyektiv və subyektiv səbəblərdən gərginlik olan bir şəraitdə həyata keçirən Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin Dost Mərkəzinin elecə də, sosial xidmət sahəsində çalışan sıravi işçilərin hansı ki, dövlətimizin ayırdığı ərzaq və digər yardımları ciddi karantin rejimi vaxtı ahıl, yaşlı insanlara və əhalinin həssas təbəqəsinə çatdırılmasında bilavasitə iştirak edirlər, milyonlarla məlumatların qebul edilməsi və emalını əlavə olaraq ayrılmış 6 server vasitəsi ilə həyata keçirirlər ki, cenab Prezidentimizin qayğısını və dövlətin diqqətini bu ağır gündə həyatlarında hiss etsinlər. Hesab edirəm ki, günümüzün qəhrəmanları olan həkimlərimiz, polis işcilərimiz kimi sosial rifah tədbirlərini həyata keçirən insanlarımızda alqışa layiqdir. Çunki onlar Nazirlər Kabinetinin Tedbirlər Planının sosial rifah üzrə bölməsinin 4 istiqamət üzrə hədəfində 2 milyon olan vətəndaşımıza və 1milyon 270 min vətəndaşımızın pensiya təminatını ayrı-ayrı kateqoriyalar üzrə təyin olunmuş müavinətlərini də emal edib çatdırmalıdırlar. Bütün bu tədbirlər planının icrasına dövlətimiz tərəfindən 2.5 milyard vəsait ayrılıb ki, bundan da əlavə 343.6 milyon manat da digər mənbələrdən, işsizlikdən sığorta fondundan, Dövlət Sosial Müdafiə Fondundan Koronovirusla Mübarizə Fonduna toplanmış 110 milyon ianə ödənişindən, yəni 3 milyard manat büdcəmizin 12.3 faizi və ya ÜDM 3.6 faizi həcmində böyük bir vəsait məhz Azərbaycan vətəndaşının, onun bu bəlada risklərinin qorunmasına, sosial durumunun müdafiasinə, ölkəmizin makroiqtisadi sabitliyinin qorunmasına xidmət edəcəkdir.Tədbirlərin sosial istiqamətlərində dövlət və qeyri dövlət sektorunda 1milyon 574 min işçinin əsassız çıxarılmasının qarşısını almaq, məzuniyyətə buraxılanların əmək haqqını saxlamaq, 50 min ictimai iş yerləri yaratmaqla meşgulluğu təmin etmək, işsiz kimi qeydiyyata alınan 200 min nəfərə ayda 190 manat vəsaitin ödənilməsi, 11 min nəfəri əhatə edən özünü məşğulluğu genişləndirmək, 20 min nəfərə işsizlikdən sığorta haqqının ödənilməsi, sosial baxımdan həssas qrupun tələbə övladlarının təhsil haqqı xərclərindən azad olunması, bu gün dövlətimizin vətəndaşının sosial rifahı böhran vaxtı qarşılamaq gücündə olmağının bariz nümunəsidir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Sadəcə vətəndaşlarımızdan rica olunan bir məslə var ki, o da sosial məsuliyyətimizi artıraq. Cənab Prezidentimizə ölkənin Birinci vitse-prezidenti xanım Meriban Əliyevaya ölkəmizin bu taleyüklü problemin həllində dəstək olaq, milli birliyimizi, həmrəyliyimizi əməlimizdə sübut edək.

İlham Məmmədov, Milli Məclisin deputatı

Sizin Reklam Yeriniz