Əlaqə Arxiv
news Image
2020.04.14
11:33
| A A A
ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq
ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq. Bunu komitənin sədri, senator Ron Conson deyib. Senator bildirib ki, epidemiyanın yayılmasında Çin ÜST, o cümlədən də ABŞ-ın reaksiyası araşdırılacaq: "Bu virus harada başladı? Həqiqətən də heyvandan insana keçdi? Bəlkə Çində laboratoriyada digər viruslara qarşı dərman hazırlanarkən sızma baş verib? Biz, həmçinin ÜST-ün bu virus barədə məlumatlar gizlətməkdə rolunu araşdırmalıyıq". Qeyd edək ki, bu günədək dünyada 1,9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 119 719 nəfəri ölüb, 452 333 nəfəri sağalıb.
Sizin Reklam Yeriniz