Əlaqə Arxiv
news Image
2020.04.16
17:35
| A A A
Fuad Muradov: Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız bizə müraciət edib

Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Mövqe.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Muradov bildirib ki, müraciətlərin çoxluğuna görə Türkiyə, Rusiya, İtaliya və digər ölkələri göstərmək olar.

O qeyd edib ki, komitənin qaynar xətti 24 saat ərzində bütün müraciətləri qəbul edir və aidiyyəti üzrə yönləndirir.

F.Muradov əlavə edib ki, bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışsa da, bu cəhdlərin qarşısı alınıb.

Sizin Reklam Yeriniz