Əlaqə Arxiv
news Image
2020.04.20
14:09
| A A A
Sabunçu RİH: Şikayətçi vətəndaş 190 manat və ərzaq bağlamaları alıb

Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) aprelin 17-də Anews.az saytının “Youtube” kanalında rayon ərazisində yaşayan Musayeva Leyla Oqtay qızının ağır maddi vəziyyəti haqqında təqdim edilən videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən Mövqe.az-a bildirilib ki, Musayeva Leyla Oqtay qızı Ağdaş şəhəri M.İsayev küçəsi 12/32 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2-ci mədən ərazisində neft kəmərlərinin mühafizəsi zolağında 15 il bundan əvvəl qanunsuz inşa edilmiş tikilini satın alaraq 2020-ci ilin yanvar ayında həyat yoldaşı və 2 uşağı ilə birgə həmin ünvana köçüblər:

“Nəzərinizə çatdırırıq ki, Leyla Musayeva dövlət tərəfindən birdəfəlik 190 manatlıq sosial yardım paketi alıb və digər rayon ərazisində pasport qeydiyyatında olmasına baxmayaraq qəsəbə icra nümayəndəliyi tərəfindən onlara dəfələrlə ərzaq bağlamaları verilib”.

Sosial şəbəkədə təqdim olunan digər məsələ ilə əlaqədar isə RİH bildirib ki, zibil tullantılarını əks etdirən əraizi “Balaxanıoyl” əməliyyat şirkətinin qapalı mədən ərazisinə daxildir və rayon Kommunal Təsərrüfatı idarəsinin hər hansı sanitar təmizlik işləri aparmasına icazə verilmir: “Ərazinin təmizlənməsi üçün RİH tərəfindən aidiyyəti üzrə “Balaxanıoyl” əməliyyat şirkətinin rəhbərliyinə müraciət olunub. Bu problemin qısa vaxtda həll ediləcəyi gözlənilir”.

Sizin Reklam Yeriniz