Əlaqə Arxiv
news Image
2020.04.21
08:26
| A A A
Baş nazirlə katolikos arasındakı mübarizə şiddətlənir
Ermənistanda kilsə dövlət üzərində hökmə malikdir və hər işə qarışmağı xoşlayır

 

Tarixən, erməni kilsəsi həmişə özünün xırda əhatə dairəsində hökmə sahib olub və müstəqillik qazanandan sonra da mövqeyini əldən vermək fikdində deyil. Belə ki, erməni Qriqoryan kilsəsinin qərarı Ermənistan dövlətinin qərarlarından daha güclüdür. Ermənistan dövləti üzdə özünü bu məsələlərdən uzaq kimi göstərməyə çalışsa da, gizlində kilsə ilə qarşılıqlı fəaliyyət göstərir. Qondarma erməni soyqırımı məsələsinin bir sıra Avropa dövlətlərinin parlamentlərindən keçməsi də, din faktoru ilə bağlı olan amillərdən irəli gəlir. Erməni kilsəsi dünyada, xüsusən də, xristian kilsələri arasında yeganə kilsədir ki, öz fəaliyyətində terror və digər qeyri-insani ənənələri əsas götürür. Bu baxımdan erməni kilsəsini, faktiki olaraq, terrorla məşğul olan bir qurum kimi qəbul etmək tamamilə mümkündür. Faktlar nəticəsində də, bu hallar öz təsdiqini tapmış məsələlərdəndir. Bu səbəbdən iddia etmək olar ki, erməni kilsəsi terrorun, təcavüzkar, aqressiv siyasətin, separatçılığın stimullaşdırıcı mənbəyidir.

Belə bir müdrik kəlam var ki, "su sənəyi suda sınar". Təsadüfi deyil ki, bütün ermənilərin katolikosu II Qaregin bu günlərdə Ermənistanın ikinci prezidenti, terroçuluqda suçlanan Robert Koçaryanın azadlığa buraxılması barədə müraciəti müdafiə edən bəyanat verib. Məsələ burasındadır ki, Koçaryan məhz ermənilərə qarşı törədilən terrorda günahlandlırılır. Dini rəhbər isə koronavirusla əlaqədar keçmiş dövlət başçısının səhhətinin pis olması ilə bağlı müraciətini müdafiə edir. Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının, Erməni Apostol Kilsəsinin AAC Yeparxiyasının rəhbəri, arxiyepiskop Navasard Kçoyan barəsində cinayət işinin başlanması barədə mətbuatda xəbərlər dolaşıb. Rahib böyük bir saxta əməliyyatda iştirak və cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulmasında ittiham edilir.

İndi erməni cəmiyyəti mat-məəttəl qalıb. Erməni Apostol Yeparxiyasının başçısı, arxiyepiskop Navasard Kçoyannın cinayət işi haqqında məlumatın, bütün ermənilərin Katolikosu II Gareginin ikinci Ermənistan prezidenti Robert Köçəryanı sərbəst buraxmağını istədikdən dərhal sonra ortaya çıxması hamını düşündürür və qəribə olaydan xəbər verir. Erməni siyasi ekspertlərin rəyinə görə, katalikosun çıxışından sonra baş nazir Nikol Paşinyan dərhal təhlükəsizlik qüvvələrinə arxiyepiskopu "götürməyi" əmr edib.

Məsələ burasındadır ki, din xadimlərinin antidin əməlləri erməni cəmiyyəti üçün yeni məsələ deyil. Kilsənin dünvəvi dövlətin işinə qarışması, başqa sözlə, dövləti idarə etməsi müasir baxışlara zidd olmaqla bərabər dini-sxolastik təcavüzlə müşayiət olunur. Çünki bütün mənfi tendensiyalar din pərdəsi ilə qorunur və cəmiyyət gördüyü ədalətsizliyə qiymət verə bilmir.

Halbuki, həqiqət hamını hiddətləndirir. Məsələn, erməni mediası on illərdir ki, Navasardın "fitnəsi" barədə yazır. Samvel Ohanisyan adlı ekspert yazır ki, Navasard Kçoyan Bentley markalı avtomobildə gəzir və  vaxtilə baş nazir olmuş Tiqran Sarkisyandan silah alıb. Uzun illər bu cür əməllərinə görə ona güldən ağır söz deyən olmayıb və indi sadəcə din xadimlərinin Paşinyanı müdafiə etməmələrinə görə dərhal hakimiyyət hücuma keçir və mənfi təmayüllər barədə sorğu-sual edir. Bu da onu sübut edir ki, məqsəd mənfiliklərin üzə çıxarılması yox, dini öz iradəsinə tabe etdirməkdir. Çünki, Paşinyan yaxşı bilir ki, Erməni Apostol Kilsəsi erməni xalqının mənəvi nüvəsidir və sözlə təbliğat aparan insanlar təvazökar olmalıdırlar. Dövlətləşən kilsələr isə Navasard Kçoyan kimi fırıldaqçıya, II Qaregin kimi cinayətkarların müdafiəçisinə çevrilirlər.

Ohanisyan deyir ki, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın təbirincə dövlət və kilsə ayrıdır və bir-birlərinin daxili işlərinə qarışmamalıdırlar.Düzdür, din xadimləri humanist çağırışlar edə bilərlər. Amma daha Robert Koçaryanın azad edilməsi çağırışı humanist addım sayıla bilməz. Bəs, nədən katolikos yaşlı, xəstə, uşaqlı məhkumların azadlığa buraxılması üçün müraciətləri imzalamır? Müəllifin fikrincə, erməni din xadimləri "ortaq" dünyadan tamamilə uzaqlaşmaq istəmirlərsə, öz səlahiyyətləri daxilində ədalət və insanlıq ideallarını bərqərar etmək üçün mübarizə aparmalıdırlar, daha cinayətkar vətəndaşlar üçün çalışmamalıdırlar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz