Əlaqə Arxiv
news Image
2020.04.21
11:42
| A A A
Bakı dünyanı sözdən əmələ keçməyə çağırır
Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "The London Post" qəzetinə müsahibəsində deyib. Qeyd edək ki, işğalçı ölkə beynəlxalq qanunları pozmaqda davam edərək Dağlıq Qarabağda qanunsuz fəaliyyətini daha da artırır. Onların bu istiqamətdə etdiyi son qanunsuz fəaliyyət qondarma rejimdə təşkil etdikləri qondarma "seçkilər" idi. Həmin "seçkini" dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları bəyanat yayaraq tanımadıqlarını bildirdilər. Bu istiqamətdə Avropa İttifaqı, ABŞ və bir sıra digər beynəlxalq qurumlar öz sözlərini bəyanat formasında dedilər. Amma sözügedən qurumlar indiyə kimi bu istiqamətdə çoxsaylı bəyanatlar versələr də, hələ də verilən bəyanatlara uyğun addım atmayıblar. Adətən, bəyanat verən təşkilat, dövlət onun həyata keçməsi istiqamətində də hərəkətə keçməlidir. Ancaq Qarabağ məsələsində hələ də bunun şahidi olmuruq. Dünya sadəcə bəyanat verməklə işini bitmiş hesab edir. Politoloq Nəzakət Məmmədovanın fikrincə, dünya güclərinin verdiyini bəyanatlara rəğmən ona uyğun addım atmamaları özlərinin şəxsi maraqlarından, ikili standartlardan irəli gəlir: "Belə vəziyyət təbii ki, maraqlar, ikkili standartlar, böyük dövlətlərin beynəlxalq hüquqa öz şəxsi çıxarları nöqteyi-nəzərdən yanaşmasından irəli gəlir. Bir var beynəlxalq hüquq və konvensiyalar, münaqişənin tənzimlənməsi prinsipləri. Bir də var dövlətlərin subyektiv reallqıdan çıxış edərək yaranmış vəziyyətdən öz maraqlarını həyata keçirmək niyyətləri, özlərinə sərf edən yanaşma ortaya qoymaları. Qarabağ münaqişəsi çox vacib geosiyasi bölgədə yerləşir. Ona görə də dünya güclərinin burada marağı var. Minsk qrupunun həmsədr dövlətləri tarixən imperiya maraqlarından çıxış ediblər. Bu gün də həmin mövqedədirlər. Ona görə də, ABŞ, Rusiya və Fransa dünyanın digər bölgələrində olduğu kimi burada da öz maraqlarını təmin etməyə çalışır. Qarabağ məsələsində digər münaqişə zonalarından fərqli olaraq həmsədr ölkələr arasında ziddiyyət yoxdur. Onlar əslində, münaqişəni bu cür status-kvo vəziyyətində saxlamağa razılaşıblar. Onlar arasında fikir ayrılığı olsaydı, münaqişənin həllində irəliləyişə doğru addımlar olardı. Deməli, bu 3 dövlət dünyanı öz aralarında bölmək barədə razılığa gəliblər. Bunun əyani şahidi olaraq Qarabağ məsələsinə də "nə sülh, nə də hərb" prinsipilə yanaşırlar. Qətnamələr qəbul etsələr də, özləri qəbul edən bu sənədləri həyata keçirmirlər. Yəni BMT tribunasında həmsədr ölkələr başqa, danışıqlar masası arxasında isə bir başqa mövqe sərgiləyirlər. Yəni reallıqda heç də verdikləri bəyanatlara uyğun davranmırlar. Bu da onu göstərir ki, Minsk qrupunun həmsədr ölkələri aralarında razılaşma əldə edib. Razılaşma da Qarabağ məsələsində mövcud status-kvonun saxlanılması istiqamətindədir. Həmsədrlər belədə faktiki ərazilərin Ermənistana verilməsinə haqq qazandırır, hüquqi cəhətdən isə mövcud vəziyyət Azərbaycanın xeyrinə olduğundan hələlik bunu da poza bilmirlər. Belədə, danışıqlar aparılması da immitasiya xarakteri daşıyır. Heç bir danışıq yoxdur, boş-boşuna görüşlərdir. Boş şeyə vaxt itirmək lazım deyil. Bu oyundur. 30 il danışıqlar olmaz. Danışıqlar uzağı 3 ay, 3 ilə gedə bilər. Ona görə də buna etiraz etməliyik. Ermənsitan birqaydalı olaraq deyir ki, torpaqları qaytarmayacaqlar. Onda bir yol qalır, Azərbaycan bütün potenasialı ilə beynəlxalq diplomatiya, dünya güclərilə razılaşmalar əldə edib hərəkətə keçməlidir. Avropanın enerji mənbələrində iştirak etməyimiz müəyyən qədər ölkəmizə dünya güclərilə tələblə çıxış etməyə imkan verir. Tələb etməliyik ki, ya münaqişə birdəfəlik həll edisin, ya da danışıqlar prosesini boykot etməliyik. 28 ildir problemi həll etməyən bir təşkilatın artıq bu məsələ ilə məşğul olmağa haqqı yoxdur". Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz