Əlaqə Arxiv
news Image
2020.04.24
12:31
| A A A
Deputat uşaqpulunun bərpa edilməsini istəyir

Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.

Mövqe.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.

“Əgərbiz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”- deyə, əlavə edib.

Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib.

Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Sizin Reklam Yeriniz