Əlaqə Arxiv
news Image
2020.04.25
07:32
| A A A
Həqiqət ermənilərin, ermənilər həqiqətin düşmənləridir
Yaxud İrəvanda Ukraynanı niyə təhqir etməyə başlayıblar?

 

Aprelin 1-i bütün dünyada zarafat günü kimi qeyd edilir. Lakin xarakterləri etibarı ilə insanlığa  yad olmalarına görədir ki, ermənilər zarafatı da qəbul etmir və özlərinin lağlağı günlərini keçirirlər. Əslində, bunda pis heç nə yoxdur, əgər ermənilər həmin “bauramlarını” aprelin 24-ü gününə salmasalar. Həmin gün guya ermənilərə qarşı həyata keçirilmiş genosidin ümumiləşdirilmiş anım günüdür. Amma bu genosid söhbəti min dəfələrlə alimlər, siyasətçilər, ictimaiyyət tərəfindən müzakirə edilib, öyrənilib və nəticə çıxarılıb ki, belə bir şey olmayıb.

Amma ermənilər “kor tutduğunu buraxmayan” kimi bu işdən əl çəkmək fikirləri yoxdur. Niyəsi də odur ki, bu, onların biznesidir. “Genosid” deyə ağlayaraq ianələr yığmaq, onlara ləbbey deməyənləri hədələmək, başqalarının geostrateji maraqları üçün alətə çevrilmək, sızlamaqla yazıqlıq sindromu qazanmaq biznesi. Həqiqət onların, onlar həqiqətin düşmənləridir.

Uzun illər formalaşmış təsəvvülər çərçivəsində ermənilərin builki 24 aprel lağlağı günündə Ukrayna hökumətinin səlahiyyətli şəxsi dövlət orqanlarına məktubla xahiş edib ki, “genosid” sözünü işlətməsələr daha yaxşıdır. Hakimiyyət mənsubunu anlamaq çətin deyil. Nə vaxta qədər erməni saxtakarlığı dövlətlərin siyasətinin atributuna çevrilməlidir. Bəlkə də digər ölkələrin bu cəhdlərini regiona bələd olmamaları sarıdan qulaqardına vurmaq olar. Amma Ukrayna həm tarixi təcrübəsi, həm də region dövlətləri ilə sıx əlaqələrinə görə nəyin nə, kimin kim olduğunu yaxşı bilir. Buna görə də siyasət, ümumiyyətlə çox vaxt yalan üzərində qurulsa da, genosid məsələsində həqiqətin üzərinə qara çəkmək fikrindən uzaqdır. Bu səbəbdən ermənilərin özlərinə hörmət etməməklərindən irəli gələn bu saxtakarlıqlarının adını öz ölkələrində çəkmək istəmirlər.

Görünür, bəyan etmək istəyirlər ki, onların lağlağı işlərlə araları yoxdur.

Ən yaxın tarixə müraciət etsək, aşkar görərik ki, bir sıra ölkələrin bu məsələdə hansısa qanun qəbul etmələrinə baxmayaraq, bu qanunlar kağəz üzərindən başqa heç yerdə tanınmır. Hətta ABŞ prezidentlərinin hamısı bu məsələni sadəcə tarixi fəlakət adlandıraraq genosid sözünün məsuliyyətindən yaxalarını kənara çəkirlər, çünki saxtakarlığın miqyasını yaxşı bilirlər. Amma bu anlam ermənilərə çatmır ki, çatmır.

İndi də başlayıblar Ukraynanın qarasına danışmağa. Özü də utanmadan özlərindən min dəfə güclü ölkəyə hədə-qorxu gəlirlər. “Siyasi” ekspert Tevos Arşakyan qələminin ucuna tüpürüb “Qurana Ukrayna erməni xalqı ilə müharibə yolunda” məqaləsində yazır ki, bu tapşırıq bir məmurun iradəsi ilə baş verə bilməz. Bu işdə zəncirvari reaksiya kimi xarici işlər nazirinin müavini-xarici işlər naziri-hökumət-prezident xətti ilə baş tutan razılıq var. Və bu yerdə erməni yazar, təbii ki, Ermənistan ictimaiyyətinin fikirlərini ifadə edərək ukraynalıları təhqirə keçir.

Ukrayna prezidenti Zelenskini oliqarx dairələrin əlaltısı və şoumeni adlandırır. Hətta bütün etik normalara tüpürərək Ukraynanın birinci xanımı haqda da əxlaqsız fikirlər yazırlar. Çünki ermənilərin əlində və ya arxivlərində genosid adında hər hansı hadisəni sübut edən tarixi sənədlər yoxdur. Onlar yalnız həyasızlıq və zəhlətökənliklə insanların şüuruna yeritmək istəyirlər ki, belə bir şey baş verib. Üstəlik, bu cür davranışları ilə ermənilər mənsub olduqları millətin kübar kökdən uzaq olduqlarını sübut etmiş olurlar. Çünki özlərinin dediyi kimi “dənizdən dənizə” bir neçə miniillik tarixə malik erməni dövləti deyilən bir qurum olsaydı, onun qalıqları bu gün həmin şöhrətin yükü altında bu cür zatıqırıqlara məxsus mövqe sərgiləməzdilər.     

Tevos Arşakyan inləyir ki, müstəqil Ukraynanın mövqeyi həmişə belə olub. Ukrayna “erməni genosidini” rədd, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir. Demək, ermənilərə ikiqat zərbə vururlar. Axı, bütün bunlar həqiqətdir! Həqiqət isə ermənilərin düşmənidir, çünki özləri həqiqətə düşmən kəsiliblər.

Bu hadisələr fonunda İrəvan bütün “nöqsanları” Ukraynanın Türkiyə və Azərbaycanla əməkdaşlığında görürlər. Bu da bir tərəfdən onlara zərbə vurur, çünki özlərinin nə regionda, nə də dünyada sədaqətli tərəfdaşları var. Ermənistan bir qurum kimi Avropaya, ABŞ-a, Rusiyaya, İrana və digər dövlətlərə sadiq alət olmaqdan başqa heç nəyə yaramır. Daha dünya dəyişir. Xüsusilə, koronavirus pandemiyasından sonra vəziyyət daha da gərginləşəcək. Bunu düşünmək, siyasətdə müvafiq dəyişiklik etmək əvəzinə erməni siyasətçiləri gah ukraynalılara minnət mesajları göndərir, gah Ukraynadakı erməni diasporunu hərəkətə keçməyə çağırır, gah da hədə-qorxu gəlir: “Biz bütün bu əhvalatdan nəticə çıxardacağıq, qoy, xaxollar sonra bizdən inciməsinlər”. Bu, vəzifəsiz erməni siyasətçilərinin fikirləridir, bəs, görəsən vəzifəli ermənilər nə deyəcəklər?

N.NOVRUZ

Sizin Reklam Yeriniz