Əlaqə Arxiv
news Image
2020.04.25
15:15
| A A A
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılıb

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

Mövqe.az xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub. 

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib. 

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb. Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. 

Sizin Reklam Yeriniz