Əlaqə Arxiv
news Image
2020.04.28
20:20
| A A A
Rusiya Prezidenti qeyri-iş günlərinin uzadıldığını elan etdi
Rusiyada koronavirus pandemiyasına görə tətbiq olunan qeyri-iş günləri mayın 11-dək uzadılıb. Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlarda pandemiyanın yayılmasına qarşı tədbirlərlə bağlı keçirilən konfransda deyib. Prezident bildirib ki, görülən profilaktik tədbirlərə ciddi riayət etmək şərtilə qeyri-iş günləri mayın 11-dək uzadılmalıdır: "Qarşıda bir sıra tətillər var. 6-8 may tarixləri iş günləri olsa da bu üç günün əməkhaqqının saxlanması ilə qeyri-iş günü kimi elan edilməsini doğru hesab edirəm. İstirahət günləri və may tətilləri də nəzərə alınmaqla bu tarix mayın 11-dək uzadılacaq".
Sizin Reklam Yeriniz