news Image
2013.07.15
14:36
| A A A
“VİP-in mövqeyi dövlətçiliyin qorunması prinsipinə əsaslanır”

Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının partiyanın Bakı şəhəri üzrə dairə təşkilatları sədrlərinin iştirakı ilə iclası keçirilib.


VİP mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, iclasda partiya sədri Əli Əliyev ölkədəki ümumi vəziyyəti ətraflı təhlil edib, seçkiqabağı ərəfədə ölkənin daxili və beynəlxalq durumunu dəyərləndirib.


Ə.Əliyev Azərbaycanın daxili olduğu indiki həssas dövrdə partiyanın mövqeyinin istisnasız olaraq dövlətçiliyin qorunması prinsipinə əsaslandığını və bu kursun davam etdiriləcəyini diqqətə çatdırıb.


İclasda VİP-in prezidentliyə namizədi Əli Əliyevin Seçki Qərargahının yaxın günlərdə elan olunması da qərara alınıb.


Daha sonra cari məsələlərin müzakirə edildiyi iclasda müvafiq qərarlar qəbul olunub.